Bakının Sabunçu rayonunda narkotik alverində şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik alverində şübhəli bilindiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nağıyev saxlanılıb. Onun üzərindən 480 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.