Bakının Sabunçu rayonunda evlərin birindən kombi aparatları oğurlanıb. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə rayon ərazisindəki binaların birindən 2 ədəd kombinin oğurlanması ilə bağlı məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Xəlilov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.