Paytaxtın Sabunçu rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Moskviç” markalı minik avtomobilinin mühərrik hissəsində alışma baş verib. Nəticədə alov nəqliyyat vasitəsinin salon hissəsinə keçib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.