Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Fövqəladə hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Nissan” markalı avtomobilin yanar hissələri yanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.