Bakının Sabunçu rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, paytaxt sakininin kartından 700 manat oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Nurlan Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.