Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar – Ziya Əliyev və Üfüq Alxasov saxlanılıblar.
Onlar Kürdəxanı qəsəbəsində iki həyətdən ümumilikdə 5200 manat dəyərində təmir alətləri, inşaat materialları və naqil oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.