Paytaxtın Sabunçu rayonu, metronun “Koroğlu” stansiyası yaxınlığında piyadanı avtomobil vurub. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
46 yaşlı Maarif Quliyev yolu keçən zaman onu “Ford” markalı nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sağ ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Təfərrüatlar araşdırılır.