Sabunçu rayonunda velosipedçi yol qəzasında ölüb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində baş verib. 28 yaşlı Təhminə Həsənova “Hyundai” markalı avtomobillə hərəkətdə olan zaman 84 saylı məktəbin qarşısında avtomobil yolunu keçən 58 yaşlı Suliddin Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işinə başlanılıb.