Bakının Sabunçu rayonunda iki vətəndaşdan qanunsuz saxlanılan silah aşkarlanıb. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 51 yaşlı Rauf Yusifov saxlanılıb. Onun üzərindən “Makarov” markalı tapança, 16 ədəd patron və patron darağı aşkar edilib.
Eləcə də Maştağa qəsəbəsində keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş 45 yaşlı Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron tapılıb.
Əlavə olaraq, aparılan profilaktik tədbir zamanı Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı müvafiq sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.