Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli saunada qeydə alınıb. Tikilinin 2-ci mərtəbəsində 1 otağın taxta üzlüyü 16 kv.m sahədə və dam örtüyü 2 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Saunanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.