Paytaxtın Sabunçu rayonunda silsilə oğurluqlar edən 5 nəfər saxlanılıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bilgəh və Maştağa qəsəbələri, eləcə də onların ətrafında evlərdən və əlvan metal qəbulu məntəqəsindən oğurluqlar edən Qalib Hüseynov, Heybət Həsənov, Habil Dadaşov, Murad Rəhimov və Elman Dünyamalıyev tutulublar.
Onlar evlərdən təmir-tikinti və məişət əşyaları, əlvan metal qəbulu məntəqəsindən isə 50 kiloqram mis və latun oğurlamaqda şübhəli bilinirlər.
Saxlanılan şəxslər barəsində araşdırmalar davam edir.
[URIS id=91077]