Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma rayon ərazisində yerləşən təndirxanada qeydə alınıb. Ümumi sahəsi 150 kv.m olan obyektin yanar konstruksiyaları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.