Sabunçu rayonunda velosipedçi quyuya düşüb. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun Bülbülə qəsəbəsində baş verib. 35 yaşlı velosipedçi axşam saatlarında hərəkətdə olan zaman kanalizasiya quyusuna düşüb. Nəticədə onun sol kürək sümüyü sınıb.
Onun müalicəsi davam edir.