Paytaxtın Sabunçu rayonunda yük avtomobillərindən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Samid Abdullayev və Elnur Ağayev rayonun Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində avtomobillərin akkumulyatorlarını, eləcə də fara, nömrə və disklərini oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.