Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“KamAZ” markalı yük maşınının kabin hissəsi yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Nəqliyyat vasitəsinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.