Paytaxtın Sabunçu rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evin dam örtüyü 3 kv.m sahədə alışıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.