Paytaxtın Sabunçu rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 60 kv.m olan birmərtəbəli evda baş verib. Nəticədə tikili tamamilə kül olub, içəridən 1 nəfər xilas edilib. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.