Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) isitnadən xəbər verir.
Alışma ümumi sahəsi 160 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.