Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 150 kv.m olan 4 otaqlı ev tamamilə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğından sonra ərazidə 1 nəfərin meyiti aşkarlanıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.