Bakının Sabunçu rayonu, Zabrat şosesində yol qəzası 2 nəfərin ölümü ilə nəticələnib. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sərnişin avtobusu yolu keçən 42 yaşlı Şərifə Niftalıyeva və Nigar Qasımovanı vurub. Yaralılar aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Onların meyitləri aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.