Sabunçu rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Sabunçu qəsəbəsində baş verib. Bakı şəhər sakini Elməddin Nəsirov və Sabirabad rayon sakini Arif Fərzəliyev Bakı şəhər sakini olan A.Əhmədovu hədələyərək, onun içərisində pul olan çantasını və mobil telefonunu talamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.