Sabunçu rayonunda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
17 yaşlı Fidan Əhmədova adıçəkilən rayon ərazisində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Hazırda onun axtarışları davam edir.