Sabunçu rayonu ərazisində oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, bir nəfərin bank kartından hesabındakı 1340 manat pul oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Göygöl rayon sakinləri Kamil və Murad Qasımov qardaşları, həmçinin Gəncə şəhər sakini olan bir yeniyetmə saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam edir.