Bakının Sabunçu rayonu ərazisində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 1 iyun tarixində Report məlumat verib.
22 yaşlı Valeh Hüseynzadə yolu keçərkən onu avtomobil vurub. Gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatları araşdırılır.