Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. Bu haqda APA 7 dekabr tarixində məlumat verib.
Kürdəxanı qəsəbəsi ərazisində 32 yaşlı Elvin Abbasov yolu keçərkən onu minik avtomobili vurub.
Xəstəxanaya yerləşdirilən yaralıya sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.