Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
36 yaşlı İlqar Əsgərov şəxsi münasibətlər zəminində tanışı ilə əlbəyaxa dava edib. Bu zaman tanışı onu bıçaqlayıb. İ.Əsgərov yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.