Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
61 yaşlı Eyvaz Vəliyev yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.