Paytaxtda azyaşlı bıçaqlanıb. Bu haqda BakuPlus.az bu gün, 18 noyabr tarixində xəbər verir.
Hadisə Sabunçu bazarı, Qanbay Vəzirov küçəsində, dilənçilik edən və tüfeyli həyat tərzi sürən şəxslərin yaşadığı məhəllədə baş verib.
7 yaşlı Artyom Miraşnçyonkonun 12 yaşlı yeniyetmə ilə pul üstündə mübahisəsi düşüb. Mübahisə birincinin kürək nahiyəsindən bıçaqlanması ilə nəticələnib.
Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Azyaşlıya bıçaq xəsarəti yetirən 12 yaşlı B.M. saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.