Sabunçu rayonunda yerləşən yaşayış evində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 80 kv.m olan 3 otaqlı evdə qeydə alınıb. Nəticədə 1 otaq tamamilə və dam örtüyü 20 kv.m sahədə yanıb. Yüksək temperatur səbəbindən mebel və 1 ədəd soyuducu qarsalanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.