Sabunçu rayonunun eyniadlı qəsəbəsində yanğın başlayıb. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma açıq ərazidə baş verib. Məişət tullantıları alışmağa başlayıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri aparılır.