Bakının Sabunçu rayonu, Məmmədli qəsəbəsi ərazisində avtomobildən külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, iyulun 23-də “Mercedes” markalı avtomobildən 10.000 manat oğurlanıb. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Ucar rayon sakini olan bir yeniyetmə tutulub.
Faktla bağlı araşdırma aprılır.