Sabunçu rayonunda qanunsuz odlu silah tapılıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılovda nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng aşkarlanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.