Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Qəza Böyükşor gölünün üzərindəki Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən yolda qeydə alınıb. "Mitsubishi Pajero" markalı avtomobil "Iveco" markalı betonqarışdıran maşınla toqquşub. Qəzanın işıqlandırma olmadığından baş verdiyi ehtimal olunur.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_110058" align="alignnone" width="640"]
Foto APA[/caption]