Paytaxtın Sabunçu rayonunda yerləşən üçmərtəbəli binada yanğın olub. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Evin zirzəmisində yerləşən qarajda 1 ədəd elektrik lövhəsi və 3 p.m kabel yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Alışmanın qarşısı alınıb.
Qarajda dayanan avtomobil və ev yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.