Sabunçu rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Sabunçu qəsəbəsində baş verib. Taleh Axundov bir nəfərin 500 AZN pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.