Bakının Sabunçu rayonunda evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 50 kv.m olan 2 otaqlı tikilinin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.