Ötən gün Bakıda ev yanıb. Bu haqda 25 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Hadisə zamanı 3 nəfər yanıq xəsarəti alıb.
Yanğın FHN-in mühafizə bölmələri tərəfindən söndürülüb.