Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsində baş verib. 58 yaşlı Elxan Kərimov yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb. O, döş qəfəsi və kürəyindən yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.