Sabunçu rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Quliyev evlərin birindən 3000 AZN dəyərində kondisioner, generator, su nasosu və məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırma aparılır.