Bakının Sabunçu rayonunda müxtəlif ünvanlardan oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Verilən məlumata görə, rayon ərazisində 2 evdən, 1 həyətyanı sahədən və 1 mağazadan 4450 manat pul, qızıl əşyaları, məişət avadanlıqları və 800 manat dəyərində tütün məmulatları talanıb.
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının apardıqları tədbirlər nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Sahil Mahmudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.