Bakının Sabunçu rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
“Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin 29 yaşlı sürücüsü Aydın Cəfərov kobud qayda pozduğu üçün saxlanılıb. Araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı məlum olub.
Məhkəmənin qərarına əsasən, sürücü A.Cəfərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/04/sequence-05.mp4"][/video]