Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində Report məlumat verib.
Avtomobil yolu keçən 32 yaşlı Hüseyn Abbasovu vurub. Piyada hadisə yerinə cəlb olunan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.