Sabunçu rayonunda mağazada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində qeydə alınıb. Nəticədə sahəsi 30 kv.m olan otaqda 1 ədəd kondisioner, rəf və stol yanıb. Otağın digər hissələri və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.