Bakıda 43 yaşlı kişinin meyiti tapılıb. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Sabunçu rayonunun Xanlar yaşayış massivində baş verib. Taleh Quliyev yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin tavanında asılmış halda tapılıb. Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.