Dünən, dekabrın 15-də gecə saatlarında paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
49 yaşlı Aqil Məmmədov 45 yaşlı həyat yoldaşına bıçaqla ağır bədən xəsarətləri yetirib. Yaralı qadın xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məmmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.