Bakının Sabunçu rayonunda minik avtomobili alışıb. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Lexus” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Xəsarət alan olmayıb.