Sabunçu rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir.
FHN-in qaynar xəttinə 1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin cansız bədənini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.