Sabunçu rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Daewoo” markalı nəqliyyat vasitəsində baş verib. Nəticədə avtomobilin salonu və içərisində 2 ədəd təkər yanıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.