Sabunçu rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayon ərazisində dayanan “Opel” markalı minik avtomobilində baş verib. Nəticədə nəqliyyat vasitəsi tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.