Sabunçu rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 4 otaqlı mansard tipli ev yanıb. Nəticədə tikili 17 kv.m sahədə, eləcə də mansard 40 kv.m sahədə yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.